
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Neftçi” xal itirdi
- 19 May 2025 19:20
- 35
Əvəzedicilər Liqasında 35-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Zirə-2” – “Sabah-2” və “Neftçi-2” – “Səbail-2” oyunlarında qalib müəyyənləşməyib. “Kəpəz-2” isə “Qarabağ-2” ilə ev oyunundan qələbə ilə ayrılıb.
Əvəzedicilər Liqası
35-ci tur
19 may
“Zirə-2” – “Sabah-2” 1:1
Qollar: Vüsal Əliyev, 17-pen – Nihat Cabbarov, 46.
“Neftçi-2” – “Səbail-2” 2:2
Qollar: Həbib İsmayılov, 11. Sənan Ağayev, 38 – Samir Abdullayev, 28. Hacıəli Şirəliyev, 56.
“Kəpəz-2” – “Qarabağ-2” 2:1
Qollar: Turqut Mustafazadə, 5. Amur Yusifov, 66 – Nihat Mehralıyev, 8.
Turun digər oyunları:
“Sumqayıt-2” – “Turan Tovuz-2” 1:3
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 2:2