UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İngiltərə təmsilçisi "Çelsi"nin aparıcı futbolçularından Koul Palmer zədələnib.


Rekord.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçinin meneceri sosial şəbəkə hesabında yazıb.


O, Premyer Liqanın 5-ci turunda, "Mançester Yunayted"lə matçda zədə alıb. Palmer 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də keçiriləcək.