Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki rəqibi Portuqaliya “Braqa”sı ilə cavab oyununa çıxıb.

Ağdam klubu bir həftə öncə səfərdə baş tutan ilk oyunda bu rəqibinə 4:2 hesabıyla qalib gəlmişdi. Rəqib güclü və iddialı olsa da, Azərbaycan təmsilçisi bu üstünlüyünü qorumaqla növbəti tarixi uğura imza atmağa çox yaxın idi. Çox gərgin və dramatik keçən oyunun sonunda sevinən tərəf məhz "Qarabağ" olub. Bununla da Qurban Qurbanovun komandası tarixi uğura imza ataraq Avroliqanın 1/8 finalına yüksəlib!

Avropa Liqası
Pley-offun cavab oyunu

22 fevral

“Qarabağ” - “Braqa” 2:3
Qollar: M.Silva, 102. N.Axundzadə, 120+2 - R.Fernandes, 70. Alvaro Djalo, 83. S.Banza, 115-pen.
Qırmızı vərəqə: E.Cəfərquliyev, 57 (ikinci sarı).
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:2.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 11. Rocer Fernandes, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 22. Pitsi, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.