
"Qarabağ"da növbəti ayrılıq
- 10 İyl 2025 21:40
- 83
"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
"Qarabağ" daha öncə Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli ilə də yollarını ayırıb.