Polşanın “Legiya” klubunun hücumçusu Pavel Vşolek Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Drita” (Kosovo) üzərində qazandıqları qələbəni şərh edib.

Rekord.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olub.

Oyundan sonra açıqlama verən 28 yaşlı forvard Ağdam klubuna qarşı keçirəcəkləri oyuna da toxunub:

“Əsas odur ki, növbəti mərhələyə adlamaq hədəfimizə çatdıq. İndi yenilənməyə və növbəti matça hazırlaşmağa vaxtımız var. Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.