"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıblar.


Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gəliblər. 


Görüş "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Kadi Borges (10), Emmanuel Addai (50), Aleksey Kaşuk (58) və Musa Qurbanlı (64) vurub.


"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək.