"Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlandı
- 15:00
- 37
Misli Premyer Liqasında 2-ci turdan təxirə salınan "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunlarının tarixi açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. "Sabah" – "Sumqayıt" matçı saat 15:00-da, "Qarabağ" – "Kəpəz" görüşü isə 18:30-da start götürəcək.