“Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.


Rekord.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.


Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.


Bu, Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.


Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.