Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.

Satış məntəqəsi: “Azersun Arena”.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

“Qarabağ” – “Sumqayıt” qarşılaşmasına saat 19:00-da start veriləcək.