“Kopenhagen” bu gün UEFA Çempionlar Liqasının 2-ci turunda “Qarabağ”ın qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra Danimarka klubunun baş məşqçisi Yakop Neestrupun mətbuat konfransı keçirilib. Danimarkalı çalışdırıcı 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Mətbuat konfransına gec gəlməyimiz digər kanallara müsahibə ilə bağlı idi.


Oyuna gəlincə, “Qarabağ”ın güclü olduğunu bilirdik. Dünən dediyimiz kimi, çox çətin oyun gözləyirdik. Bunun da şahidi olduq. Oyunun 50-50-yə olduğunu düşünürəm. “Qarabağ” birinci hissədə mükəmməl futbol oynadı. İkinci hissədə bərabərlik qolunu vurmaq istəsək də alınmadı. “Qarabağ” qələbəyə layiq idi və mən onları təbrik edirəm. Deməliyəm ki, çox mükəmməl oyunçuları və baş məşqçiləri var. Ümumilikdə, bu gün “Qarabağ” çox mükəmməl oyun nümayiş etdirdi və onlara digər oyunlarda uğurlar arzulayıram.


İlk hissədə yetəri qədər yaxşı deyildik. Təzyiq altındaydıq. Ona görə də ikinci hissədə dəyişiklik etdik. Üç ildir ki, “Kopenhagen”dəyəm və adətən 4-4-2 sxemi ilə oynayırıq. Bu gün də ikinci hissədə çox yaxşı fürsətlərimiz oldu. Yararlana bilmədik. “Qarabağ”a uğurlar arzulayıram”.


“Kopenhagen” Çempionlar Liqasının ilk turunda Leverkuzen “Bayer”i ilə heç-heçə (1:1) edib.