“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu səfərdə Norveçin “Molde” komandası ilə üz-üzə gəlib.

“Molde” stadionunda keçirilən oyunu Belçikadan olan hakimlər briqadası idarə edib. Hesabı ilk yarıda "Qarabağ" açıb. Amma matçın sonlarında meydan sahibləri ardıcıl iki qol vurmağı bacarıblar. Ruhdan düşməyən Azərbaycan təmsilçisi əlavə vaxtda hesaba tarazlıq gətirməyi bacarıb. Beləcə, "Qarabağ" çətin səfərdən vacib heç-heçə ilə qayıdıb və ikinci pillədəki mövqeyini qoruyub.

Bu gün qrupun digər matçında “Hakken” (İsveç) doğma meydanda “Bayer”lə (Almaniya) üz-üzə gəlib. Almanlar bu oyundan da qalib ayrılıblar - 2:0.

Avropa Liqası
H qrupu

30 noyabr

“Molde” - “Qarabağ” 2:2
Qollar: Kristian Eriksen, 82; 87 - Olavio Juninyo, 12. Bəhlul Mustafazadə, 90+5.
Baş hakim: Erik Lambrexts (Belçika).
“Molde” stadionu.

Molde: 12. Oliver Petersen, 3. Kasper Öyvann, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem (k), 9. Veton Berişa, 16. Emil Breyvik, 19. Eyrik Hauqan, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 28. Kristoffer Hauqen, 31. Matias Lovik.
Ehtiyat oyunçular: 34. Peter Lervik, 2. Martin Byörnbak, 10. Erik Kitolano, 25. Anders Haqelskyaer, 33. Niklas Edeqor, 36. Filip Kristoffersen, 37. Leon Hovland, 46. Andreas Miklebust, 50. Qustav Niheym.
Baş məşqçi: Erlinq Moe

Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.