“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşıb.

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər. Oyunu Niderlanddan olan hakimlər idarə edib. Hər hissədə bir qola sevinən Azərbaycan çempionu bu dəfə də qələbə qazanıb.

“Qarabağ” daha öncə səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlmişdi. “Kopenhagen” isə “Bayer”lə qarşılaşmışdı – 2:2.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur

1 oktyabr

“Qarabağ” - “Kopenhagen” 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Addai, 83.
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland).
Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatsidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k).
Ehtiyat oyunçular: 31. Runar Runarsson, 61. Oskar Buur, 4. Munaşe Qarananqa, 7. Viktor Klaesson, 20. Yunnosuke Suzuki, 21. Mads Emil Madsen, 22. Yoram Zaque, 24. Birger Melinq, 30. Elias Aşuri, 36. Uilyam Klem.
Baş məşqçi: Yakob Neestrup.