
“Qarabağ” “Kayrat”a səfərdə də qalib gəldi
- 04 Noy 2021 21:27
- 413
“Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində “Kayrat”ın qonağı olub.
Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki “Ortalık” stadionunda baş tutub. Matçın baş hakimi moldovalı Dumitri Muntean olub.
“Qarabağ” bu nəticədən sonra H qrupunda 10 xalla birincidir. Bu isə Ağdam klubunun böyük ölçüdə növbəti mərhələyə vəsiqə qazandığı anlamına gəlir.
Qrupun digər matçında “Bazel” bu gün “Omoniya”nın qonağı olacaq. İsveçrə təmsilçisi həmin oyunda uduzmasa, “Qarabağ”ın qrupdan çıxması rəsmiləşəcək.
Avropa Konfrans Liqası
H qrupu
4 noyabr
Kayrat (Qazaxıstan) – Qarabağ 1:2
Qol: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.
Baş hakim: Dumitru Muntean (Moldova).
Almatı. “Ortalık” stadionu.
Kayrat: 1. Stas Pokatilov (k), 4. Nuralı Alip, 6. Yatsek Qoralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç.
Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljigit Alıkulov, 8. Aibol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seidaxmet, 29. Daniyar Ussenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev.
Baş məşqçi: Kurban Berdıyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.