"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ikinci matçına çıxıb.


Rekord.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gəlib.


"Azərsun Arena"da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə bitib - 5:0.


Qeyd edək ki, U-19 ilk turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer"ə məğlub olub - 0:2.