Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Qarabağ”la İsveçrə “Bazel”i arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.

Oyunun baş hakimi Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri Rin Fanizere və Yo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Bazel" matçına saat 20:45-də start veriləcək.