"Qarabağ" 2022-23-cü il mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

Rekord.az xəbər verir ki, "köhlən atlar" buna Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə nail olub.

Səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb.

Bununla da Ağdam təmsilçisi sona 6 tur qalmış 5-ci pillədəki "Sabah"ı 20 xal qabaqlayan Qurban Qurbanovun komandası ardıcıl olaraq, 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.