“Qarabağ” Andradenin Ukrayna klubuna keçidini açıqladı
- 14:00
- 34
"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo verdeli futbolçu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025 mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024 mövsümlərində ölkə kubokunu qazanıb.
"Köhlən atlar"ın 2023/2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan oyunçu 2022/2023 və 2024/2025 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023 mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. O, "Qarabağ"da keçirdiyi 213 matçda 60 qol vurub.
Andrade "Qarabağ"da oynadığı müddətdə qitəmiqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə futbolçudur.