
“Qalatasaray” legioneri ilə vidalaşdı
- 13:40
- 43
"Qalatasaray" futbolçusu Matias Rossla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Danimarkalı futbolçu 2022-ci ilin yayında "Olborq"dan "Qalatasaray"a keçmişdi. O, ötən mövsüm icarə əsasında "Sparta"da (Çexiya) oynayıb.