PSJ hücumçusu Kilian Mbappe ilə müqavilənin müddətini 2026-cı ilə qədər uzadılması barədə danışıqları davam etdirir.

Rekord.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, bu vəzifə Fransız klubu üçün prioritetdir.

Daha əvvəl Paris təmsilçisinin 22 yaşlı futbolçuya ildə 30 milyon avro maaş qazanacağı yeni bir müqavilə təklif etdiyi bildirilmişdi.

Qeyd edək ki, Mbappe bu mövsüm  PSJ-də bütün turnirlərdə 36 oyuna çıxıb, 30 qol vurub və 9 qolun ötürməsini verib.