PSJ UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.


Rekord.az xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə "Arsenal"a qalib gəlməklə (1:0) nail olub.


Ölkə çempionu XXI əsrdə Fransa təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanan ilk komandadır.


34 il əvvəl, 1991-ci ildə Marsel “Olimpik"i qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva "Spartak"nı üstələmişdi - 3:1.


PSJ və "Arsenal" arasında cavab oyunu mayın 7-də baş tutacaq.