
Prezident İlham Əliyev “Qarabağ”ı təbrik edib
- 01 Okt 2025 23:24
- 41
Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Rekord.az həmin paylaşımı təqdim edir:
“Danimarka çempionu “Kopenhagen” Futbol Klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” Futbol Klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.