Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq “Qəbələ” – “Səbail” matçı İnqilab Məmmədova, “Keşlə” – “Neftçi” qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.

Sonuncu oyun gününə təsadüf edəcək “Sabah” – “Sumqayıt” matçını Elçin Məsiyev, “Zirə” – “Qarabağ” görüşünü Rəvan Həmzəzadə idarə edəcək.

Azərbaycan Premyer Liqası
VII tur

24 oktyabr

“Qəbələ” – “Səbail” 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. 14:00
 
“Keşlə” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”. 16:00.

25 oktyabr

“Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bank Respublika Arena. 14:00.

“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu. 16:00.