Futbol üzrə İngiltərə Premyer Liqasında daha 4 nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

7-13 sentyabr tarixləri arasında 2131 nəfər futbolçu və klub işçisi koronavirus testi verib. Onlardan 4 nəfərin nəticəsi pozitiv olub. Adı açıqlanmayan şəxslər karantinə alınıb.