“Sky Sports” nəşri İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferlərini açıqlayıb.

Rekord.az xəbər verir ki, siyahının ilk pilləsində hazırda “Yuventus”da forma geyinən Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı hücumçu 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə keçib.

2-ci sırada “Yuventus”dan “Arsenal”a transfer olunan Tyerri Anri, 3-cü isə “Lids”dən “Mançester Yunayted”ə keçən Erik Kantona yer alıb.

“Mançester Yunayted” Ronaldonu 19 milyon avroya transfer etmişdi. 35 yaşlı hücumçu, 2009-cu ildə İspaniyanın “Real” klubuna 94, 2018-ci ildə isə “Yuventus”a 117 milyon avro qarşılığında keçib.