İngiltərənin “Lids” klubu “Real Sosyedad”ın müdafiəçisi Dieqo Lyorenteni transfer etdiyini rəsmən açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspan futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə məlumat verilməyib.

Madrid “Real”ının yetirməsi olan, İspaniya millisində də oynamış Lyorente, “Real Sosyedad”da 2017-ci ildən forma geyinirdi. 27 yaşlı futbolçu karyerası ərzində “Rayo Valyekano” və “Malaqa”nın da uğurları üçün çalışıb.