Premyer Liqa klubunda bölgü: Məmmədov Bakıya, Qasımov Şamaxıya nəzarət edir
- 05 Dek 2022 13:45
- 484
"Şamaxı" Futbol Akademiyası hazırda iki yerdə fəaliyyət göstərir: Bakıda və Şamaxıda.
Rekord.az xəbər verir ki, 14 yaşına qədər olan komandalar Şamaxıda məskunlaşıb və onlara Vəli Qasımov rəhbərlik edir.
Bu haqda məlumatl saytımıza klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov verib. Onun sözlərinə görə, başqa bir təcrübəli mütəxəssis Ramiz Məmmədov isə 14 yaşdan əvəzedici komandaya qədər olan və Bakıda məskunlaşan yaş qruplarına nəzarət edir.