
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
- 10 Sen 2025 23:30
- 42
Polşalı qapıçı Lukaş Fabianski yenidən İngiltərənin "Vest Hem" klubu ilə anlaşıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çəkicdöyənlər" 40 yaşlı qolkiperlə cari mövsümünün sonuna qədər müqavilə imzalayıblar.
Fabianski daha əvvəl "Vest Hem"in heyətində 7 mövsüm keçirib, 216 oyunda meydana çıxıb və 2023-cü ildə Konfrans Liqasının qalibi olub.