
Portuqaliyada çempion bəlli oldu
- 15:00
- 37
Portuqaliya çempionatında 2024-2025 mövsümünün qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, son turda "Vitoriya Gimaraynş" üzərində 2:0 hesablı qələbə qazanan "Sportinq" 2-ci pillədəki "Benfika"nı 2 xal qabaqlayaraq çempion adını qazanıb.
Bu, "Sportinq"in ardıcıl 2-ci, tarixində 21-ci çempionluğu olub. Klub bu titul sayına görə Portuqaliyada 3-cüdür. "Benfika"nın 38, "Portu"nun 30 çempionluğu var.
Hazırda "Sportinq"i Rui Borjes çalışdırır. Mövsüm ərzində isə Ruben Amorim "Sportinq"dən ayrılaraq "Mançester Yunayted"ə keçmişdi. Borjesdən əvvəl isə komandaya Joao Pereyra rəhbərlik etmişdi.