![photo](https://www.rekord.az/storage/uploads/5/dfc4e409-483c-33a4-843b-5a9407e492f1-850.jpg)
Polşalı azarkeşlər belaruslu məşqçini döydülər
- 03 Apr 2024 20:00
- 212
Polşanın “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç azarkeşlər tərəfindən döyülüb.
Rekord.az “meczyki.pl” saytına istinadən xəbər verir ki, hadisə komandanın məşqi zamanı baş verib.
1-ci Liqanın 25-ci turunda doğma arenasında “Katovitse”yə 0:4 hesabı ilə məğlub olan Sosnovets təmsilçisinin bugünkü məşqinə müdaxilə edən fanatlar futbolçularla söhbət etmək istəyiblər. Lakin sonda onların üzərinə şığıyan fan-klub üzvləri belaruslu mütəxəssisi yumruq və təpiklə vurublar.
50 yaşlı çalışdırıcının bu hadisəyə görə istefa verəcəyi gözlənilir.
Xatskeviç bu ilin yanvarından “Zaqlembe”yə rəhbərlik edir. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.