
Pirallahıda triatlon üzrə Azərbaycan çempionatı keçirilib
- 16:30
- 45
Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, müxtəlif yaş qruplarından olan 100-dən çox idmançının qatıldığı yarışda həm peşəkar, həm də yeniyetmələr mübarizə aparıblar.
İştirakçılar Xəzər dənizinin sularında üzərək bacarıqlarını nümayiş etdiriblər.
Turnirdə uşaqlar super sprint məsafəsində güclərini sınayıblar: 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış.
Böyüklər isə sprint məsafəsində mübarizə aparıblar: 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.
Azərbaycan çempionatının mükafatçıları:
Kişilər:
1-ci yer – Əli Rzazadə
2-ci yer – Tamerlan Musayev
3-cü yer – Tural Atakişiyev
Qadınlar:
1-ci yer – Leyla Abduləzizova
2-ci yer – Klara Maresçova
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının baş Katibi Seymur Hüseyinov, qurumun mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov və "Trikids Baku" triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim ediblər.