Bu yaxınlarda "Sumqayıt" klubunun dəvəti ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirən PFL nümayəndələri bəzi məsələlərin təcili həllini vacib sayıb.

Rekord.az xəbər verir ki, əsas tələblər ilk növbədə canlı yayım və eləcə də media sektorla bağlı olub.

Çempionatı keçirən qurum yanlı yayım üçün lazımı yerlərin ayırılmasını, həmçinin media sektorunun standardlara uyğun şəkildə təmin olunmasını, oraya internet xəttinin çəkilməsini şərt kimi irəli sürüb. Düzdür, arenada digər qüsurlar da var. Amma ən azı bu iki məsələ həll olunsa, çempionat oyunu üçün icazə verilə bilər.