İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, “qırmızı-şeytanlar” Uruqvayın “Penyarol” klubundan Fakundo Pellistrini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı “Mançester Yunayted”in bu transfer üçün qarşı tərəfə 8.5 milyon avro ödədiyini bildirir.

Pellistri ötən mövsüm “Penyarol”da 30 oyuna çıxıb, 1 qol vurub.