
Paytaxt klubunda yeni müqavilə
- 17:00
- 46
"Latsio" 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.
Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.
Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.