
Paytaxt klubunda iki ayrılıq
- 11 İyl 2025 16:20
- 50
“Roma” iki futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, İtaliya klubunun özbək hücumçusu Eldor Şomurodov Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər”ə icarəyə verilib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Türkiyə klubu mövsümün sonunda hücumçunu satın almaq imkanına malikdir.
Şomurodov 2024/2025 mövsümündə İtaliya A Seriyasında 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.
"Roma"nın argentinalı futbolçusu Leandro Parades isə bundan sonra ölkəsində çıxış edəcək. 31 yaşlı yarımmüdafiəçi “Boka Xuiors”a keçib. Paradeslə 3 illik müqavilə imzalanıb.
Leandro ötən mövsüm “Roma”da 32 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
DÇ-2022-də Argentina millisi ilə çempion olan futbolçu 2023-cü ildən "Roma"da oynayırdı.