“Roma” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Dieqo Perotti zədələnib.

O, komandasının “Kalyari”yə qarşı keçirdiyi yoxlama oyununda (2:2) sıradan çıxıb.

Artıq ətraflı həkim müayinəsindən keçən təcrübəli futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Perotti 2016-cı ildən “Roma”da çıxış edir.