
Paşayev üçün əlamətdar oyun
- 16:30
- 26
Misli Premyer Liqasının 36-cı turu çərçivəsində keçirilmiş “Səbail” – “Sumqayıt” (1:4) qarşılaşması “Sumqayıt”ın futbolçusu Vüsal Paşayev üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, sözügedən klubun futbol akademiyasının yetirməsi olan Paşayev Premyer Liqada debüt oyununa çıxıb.
Qeyd edək ki, Vüsal bu uğura 17 yaş 171 günlüyündə nail olub.