Azərbaycan paraüzgüçüləri Qubada təlim-məşq toplanışına başlayıblar.


Rekord.az xəbər verir ki, dünəndən start götürən hazırlıq prosesi martın 17-dək davam edəcək.


Toplanışda paralimpiyaçılarımız Raman Salei, Əli Vəliyev və Murad Məmmədov iştirak edirlər. Onlar toplanışa məşqçilər - Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi ilə qatılıblar.