Padel tennisi üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli oldu
- 00:32
- 30
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə padel tennis üzrə ilk ölkə çempionatının qalibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan yarışda oğlanlar arasında Elvin Həşimov birinci, Tamerlan Əzizov ikinci, Nazim Məlikov isə üçüncü yerə çıxıblar.
Qızların mübarizəsində isə Umayra Həşimova, Lalə Eyvazova və Ayşən Kərimli müvafiq olaraq ilk üç yeri tutublar.
Qoşa oyunlarda Tamerlan Əzizov - Abbas Səfərov cütlüyü ən yaxşı nəticəni göstərib. Elvin Həşimov- Umut Gündoğan tandemi ikinci, Elman Ələsgərov - Yusif Rzayev cütlüyü isə üçüncü yerlə kifayətlənib.
Azərbaycan birinciliyində 32 kişi və 12 qadın idmançı iştirak edib.