
Orxan Fikrətoğlu "Şamaxı"da?
- 08 İyl 2022 11:00
- 858
Tanınmış teleaparıcı Orxan Fikrətoğlunun "Şamaxı" klubunun idarə heyətində yer aldığı barədə sosial şəbəkədə xəbər yayılıb.
Rekord.az xəbər verir ki, fanat.az məlumatı dəqiqləşdirmək üçün jurnalistin özü ilə əlaqə saxlayıb.
Fikrətoğlu yayılan iddianı təkzib edib: "Bu haqda dəqiq məlumat yoxdur. Yəqin ki, komanda rəhbərliyinin belə bir planı varsa, bunu deməlidir. Mən bildiyimə görə futbolda proses belədir. Çünki bu haqda mən məlumatsızam. Hazırda bu barədə rəsmi heç bir şey yoxdur".
Qeyd edək ki, əslən Şamaxıdan olan yazıçı-jurnalist bu ilin yanvar ayında Azərbaycan Yazıçılar Birliyinin Şamaxı filialı üzrə sədri təyin olunub.