Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprdə baş tutacaq “Qarabağ” - “Molde” (Norveç) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Rekord.az xəbər verir ki, bu gün - sentyabrın 15-də, Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı "AEK Arena"da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da isə Azərbaycan çempionu oyunöncəsi son məşqə çıxacaq.

Rəqib komandanın baş məşqçisi Erlinq Mo isə Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıq prosesinə start verəcək.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Molde" matçına Bakı vaxtıyla saat 21:00-da start veriləcək.