Voleybol üzrə Azərbaycan çempionatında qadınların və kişilərin mübarizəsində yarımfinal mərhələsinin start götürəcəyi vaxtı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək. 

Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə  "UNEC"lə qarşılaşacaq.

Martın 30-da kişi voleybolçuların Yüksək Liqasının ilk  yarımfinal matçlarında “Murov”la "MOİK", “Xarıbülbül”lə isə “Neftçi” üz-üzə gələcək. 

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)
Yarımfinal (1-ci oyun)
   16:00 “Abşeron” - “Murov”
   18:00 “Azərreyl” - "UNEC"

Yüksək Liqa (kişilər)
Yarımfinal (1-ci oyun)
   16:00 “Murov” - "MOİK"
   18:00 “Xarı bülbül” - “Neftçi”