Yanvarın 16-da kişi voleybolçular arasında Azərbaycan I liqasında II turun oyunları keçiriləcək.  "Rekord.az" xəbər verir ki,  “Murov” voleybol klubunu idman zalında baş tutacaq turun ilk matçı saat 11:00-da  “Taleh – A.T” və “Həvəskarlar” komandaları  arasında olacaq.

Ardınca “Təhsil” “Murov” klubu ilə qarşılaşacaq. Günün  ikinci yarısında isə “Veteranlar” “Aura” ilə, “Ryuqa” isə “Azərbaycan Ali Hərbi Məktəbi” ilə üz-üzə gələcək. 

Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək. 
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək. 
A qrupu : “Murov” (gənclər), “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”
B qrupu : “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”

16 yanvar

II tur

   11:00 “Taleh-A.T” - “Həvəskarlar”
   12:30 “Təhsil” - “Murov”
   14:00 “Veteranlar” - “Aura”
   15:30 “Ryuqa” - “Azərbaycan Ali Hərbi Məktəbi”