Olimpiya çempionu “Bakı-Xankəndi” yarışı üçün Azərbaycana gələcək
- 12:30
- 32
2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı üçün Azərbaycana gələcək.
Bu barədə Rekord.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
52 yaşlı veteran idmançı qonaq qismində ölkəmizə səfər edəcək. A.Vinokurov turnirin favoriti hesab edilən Qazaxıstanın "XDS Astana" komandasının baş meneceridir.
"Bakı-Xankəndi" yarışında ümumilikdə 21 ölkədən 25 komanda mübarizə aparacaq. Onların arasında 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığması yer alır.
Qeyd edək ki, mayın 10-14-ü aralığında təşkil olunacaq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Bakı-Xankəndi" yarışı 21 şəhər və rayonu əhatə edəcək.