Oğuz Rayon Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə rayonun idarə, müəssisələri və inzibati ərazi dairələri komandaları arasında voleybol yarışı keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılışında rayon icra hakimiyyətinin rəhbərliyi,Respublika Voleybol Federasiyasının nümayəndəsi, YAP Oğuz Rayon Təşkilatının rəhbərliyi, idarə müəssisə rəhbərləri və çoxsaylı azarkeş iştirak etmişdir.

Gərgin keçən yarışda "Qalakənd"komandası birinci,Qarabulaq kənd komandası ikinci, Qumlaq kənd komandası üçüncü olmuşdur. Qaliblər yarışın təşkilatçıları tərəfindən kubok, diplom, medal və pul mükafatı ilə təltif olunmuşlar.