
Oğuzda "Müstəqillik günü" münasibəti ilə futbol turniri
- 26 May 2025 12:30
- 75
28 may "Müstəqillik günü" münasibətilə Oğuz Olimpiya İdman Kompleksində 2011-2012 və 2013-2015-ci il təvəllüdlü oğlanlar arasında futbol üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarişın açılış mərasimində Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, Oğuz UGİŞM-in direktoru İldırım Kərimov, Oğuz OİK-in əməkdaşları, idman müəllimləri və idmançılar iştirak ediblər.
İki gün davam edən yarışda 2011-2012-ci il təvəllüdlülər l yeri Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-lisey ll yeri Yaqublu kənd tam orta məktəbinin komandası, llI yeri Oğuz şəhər Həbib Babayev adına 1nömrəli məktəb 2013-2015-ci il təvəllüdlülər arasında isə l yeri Oğuz şəhər Nail İbrahimli adına 3nömrəli məktəb-lisey, ll yeriOğuz şəhər Həbib Babayev adına 1 nömrəli məktəb, lll yeri Qarabulaq kənd tam orta məktəbin komandası qazanmışdı.
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.