İngiltərə Premyer Liqasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, günün yeganə matçı “Nyukasl”la “Brayton” komandaları arasında baş tutub.

Məhsuldar alınan qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

İngiltərə Premyer Liqası
25-ci turun oyunu

18 may

Nyukasl – Brayton 4:1
Qollar: Undav, 22-öz qapısına. Burn, 45+4. K.Uilson, 90. Gimaraynş, 90+1 – Undav, 51.