“Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda növbəti iki oyun keçirilib.

Rekord.az xəbər verir ki, günün ilk oyunu "Gəncə" və "NTD-İndiqo" komandaları arasında baş tutub.

Bu oyun Xaçmaz təmsilçisinin 98:75 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "NTD-İndiqo" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular "Gəncə"də Donovan Filds (25 xal, 5 asist), "NTD-İndiqo"da Əkbər Məmmədov (22 xal, 11 ribaund) olub.

Günün ikinci oyununda "Sabah" "Sərhədçi" ilə qarşılaşıb. Bu görüşdə "Sərhədçi" 87:82 hesablı qələbə qazanaraq sensasiyanı reallaşdırıb. Bu qələbə ilə "Sərhədçi" qrup oyunlarını yekunlaşdıraraq, qrupdan çıxmaq şanslarını gücləndirib. Ən məhsuldar basketbolçular "Sabah"da Artyom Butyankov (17 xal, 11 ribaund), "Sərhədçi"də Leon Cilmor (21 xal, 7 ribaund) olub.

"B" qrupunda yarımfinala vəsiqə qazanacaq ikinci komandanın adına "Sabah" - "NTD-İndiqo" oyunundan sonra aydınlıq gələcək.