Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu bu gün baş tutacaq.


Rekord.az xəbər verir ki, NTD "Gəncə"nin qonağı olacaq.


Gəncə Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək.


Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.