
“Növbəti oyunu düşünməliyik” – Kurtinaytis
- 04 May 2025 18:00
- 43
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında “Neftçi” üzərində qazandıqları qələbəni dəyərləndirib.
Rekord.az xəbər verir ki, litvalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin tam qüvvə ilə mübarizə apardığını vurğulayıb. O, fiziki hazırlığın qələbədə əsas rol oynadığını söyləyib:
“Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı. Düşünürəm ki, qələbəmizdə əsas rolu fiziki hazırlıq oynadı. Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik. Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək, səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq, oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara təşəkkür edirəm”.
Final seriyasının ikinci matçında “Sabah” “Neftçi”ni 86:77 hesabı ilə məğlub edib.