Niderland birinci, Yaponiya ikinci oldu
- 05:20
- 27
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (F) mübarizə yekunlaşıb.
Niderland Tunisi məğlub edib. Kanzas stadionunda keçirilən matçda avropalılar 3:1 hesabı ilə qalib gəliblər. Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub. Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.
F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.
Digər oyunda Yaponiya İsveçlə qarşılaşıb. Dallas stadionunda baş tutan matçda qalib müəyyənləşməyib – 1:1. Yaponların heyətində Daydzen Maeda (56), avropalılarda isə Antoni Elanqa (62) diqqət mərəzinə düşüb.
F qrupunu ikinci yerdə baş vuran Yaponiya seçməsi növbəti mərhələdə C qrupunun birincisi olan Braziliya ilə qarşılaşacaq.